Modern.az

Azərbaycanla bağlı çirkli pullar məsələsi gündəlikdən çıxarıldı

Azərbaycanla bağlı çirkli pullar məsələsi gündəlikdən çıxarıldı

Aktual

5 Mart 2019, 11:55

Bəzi təşkilatlarda, eləcə də AŞPA-da bir qrup insan anti-Azərbaycan mövqeyi tutaraq, qeyri-obyektiv münasibətləri ilə ölkəmizin imicinə xələl gətirmək istəyirlər. AŞPA-nın hüquq məsələləri və insan hüquqları komitəsində çirkli pulların yuyulmasına dair mövzu gündəlikdə əks olunsa da, icraata qəbul edilməyib və yekdilliklə gündəlikdən çıxarılıb.

 

Modern.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri AŞPA-nın komitə iclasında iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov  söyləyib.

 

O bildirib ki, Azərbaycan nümayəndə heyətinin apardığı iş nəticəsində martın 4-də Parisdə AŞPA-nın komitə iclasında yuxarıda adıçəkilən məsələ gündəlikdən çıxarılıb. “AŞPA-nın üzv ölkələrində problemlərin araşdırılması və onların həll olunmasında hər hansı bir ölkənin hədəf seçilməsi qəbulolunmazdır. Bütün məsələlər ümumi kontekstdə müzakirə edilməlidir”, - deyə S.Seyidov diqqətə çatdırıb.

 

Nümayəndə heyətimizin rəhbəri vurğulayıb ki, AŞPA-nın əsas problemlərindən biri daxilində ikili standartları müəyyən edib aradan qaldırmaq istiqamətində səylər göstərməməsidir: “Bu gün ölkəmizə qarşı bu qərəzli məruzənin gündəlikdən çıxarılmasının həm qlobal problemlərin həllinə, həm də AŞPA–nın ikili standartlardan can qurtarmasına yardımçı olacağına ümid edirəm”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!