Milli Məclisin yaz sesiyasının növbəti iclası keçirilir.
Modern.az xəbər verir ki, iclasda çıxış edən deputat Tahir Kərimli Qəbələ şəhərinin 2500 illiyinin qeyd olunmasını təklif edib.
Deputat qeyd edib ki, Qəbələ Azərbaycanın qədim şəhəridir və bununla bağlı kifayət qədər sənədlər var.
Tahir Kərimli həmçinin Azərbaycanın qədim şəhərlərindən olan Şamaxının qoruq-şəhər elan edilməsini təklif edib.
Mail Ağaxanov