“Vətəndaşların ən çox hüquqlarının pozulduğu məsələ xidmət sektorunun bazar günü fəaliyyət göstərməməsi ilə bağlıdır”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
O bildirib ki, xidmət sektorları bazar günü də fəaliyyət göstərməlidir:
“Misal üçün avtomobillərin texniki baxışdan keçirilməsi məsələsi bazar günü rəsmi qaydada həyata keçirilmir.
Elə insanlar var ki, onların bunu etmək üçün yalnız bazar günü zamanları var. belə olan halda. onların hüquqları pozulmuş olur. Yaxşı olar ki, tək bu sahədə deyil, eləcə də digər vacib xidmət sektorları bazar günləri çalışsın. Təbii onlara həftənin bir günü istirahət verilməlidir”.
Deputat həmçinin kredit borcuna görə ölkədən çıxa bilməyən insanların hüquqlarının bərpa olunması təklifi ilə çıxış edib.
Mail Ağaxanov