Modern.az

Qarabağ icmasının rəhbəri ATƏT sədri ilə görüşdü

Qarabağ icmasının rəhbəri ATƏT sədri ilə görüşdü

Aktual

5 Mart 2019, 16:54

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakla görüşüb.

Modern.az xəbər verir ki, bunu icma rəhbəri bildirib. 

"Bu gün Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının üzvləri ilə birgə ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak ilə görüş keçirdim. Biz inanırıq ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin hər iki icması Azərbaycanın beynəlxlalq səviyyədə tanınmış sərhədləri, suverenliyi və ərazi bütövlüyü çərçivəsində sülh şəraitində birgə mövcud olmalıdır", -deyə T.Gəncəliyev vurğulayıb. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı