ABŞ-ın Azərbaycandakı səfiri Örl Litsenberger tezliklə Bakıya gələcək.
Bu barədə Modern.az-a ABŞ səfirliyindən bildirilib.
Xatırladaq ki, ABŞ Senatı Ö.Litsenbergerin ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyini təsdiq edib.
Onun sələfi Robert Sekuta ötən ilin mart ayında ölkəmizdəki diplomatik missiyasını bitirib.