Nərimanov rayonunda yataqxanada baş verən yanğında 1 nəfər ölüb. Modern.az xəbər verir ki, bir nəfər tüstüdən boğularaq ölüb. Tüstüdən zəhərlənən daha bir neçə nəfər xəstəxanaya çatdırılıb.
Hadisə yerinə FHN-in yanğınsöndürən briqadaları, o cümlədən 8 yanğınsöndürən avtomobil, 11 təcili tibbi yardım maşını cəlb olunub.
Yanğının səbəbi hələlik məlum deyil.
***
Paytaxtda yataqxanada yanğın olub. Modern.az xəbər verir ki, yanğın Nərimanov rayonunda yerləşən beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsindəki mənzildə yanğın baş verib.
Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb, hazırda digər təxirəsalınmaz tədbirlər görülür.