Yaxın illərdə Azərbaycanın əmək bazarı əhəmiyyətli dərəcədə genişlənəcək.
Modern.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakıda “İqtisadiyyatın şaxələndirilməsi – özəl sektorun rolu” forumunda deyib.
Nazir bildirib ki, ölkədə qeyri-rəsmi məşğulluqla mübarizə çərçivəsində həyata keçirilmiş islahatlar nəticəsində bu ilin ilk iki ayı ərzində əmək müqavilələrinins sayı ötən ilin eyni dövrü ilə müqayisədə 53 min çox olub:
S.Babayev əlavə edib ki, “İşsizin DOSTu” proqramı çərçivəsində otuz min yeni iş yerinin açılması nəzərdə tutulur ki, bu da vətəndaşların məşğulluq səviyyəsini artıracaq.