Vaqif Mustafayev növbəti dəfə beynəlxalq kino festivalının juri sədri oldu
Xalq artisti, dünya şöhrətli kinorejissor Vaqif Mustafayev “Birlikdə qələbə qazandıq” XV Sevastopol Beynəlxalq kinofestivalına mötəbər jürinin sədri kimi dəvət olunub.
Modern.az-ın məlumatına görə, V.Mustafayev keçən il də bu festivalda jüriyə sədrlik etmək üçün dəvət olunmuşdu. Lakin gərgin iş qrafikinə görə Vaqif Mustafayev bu təklifi qəbul edə bilməmişdi. Buna baxmayaraq, “Birlikdə qələbə qazandıq” festivalının təşkilatçıları yenidən təkidlə dünya şöhrətli kinorejissorumuzu XV Beynəlxalq kinofestivala jüri sədri kimi dəvət etmişdilər.
Onu da bildirək ki, dünyanın müxtəlif ölkələrindən cəlb olunan tanınmış kino xadimləri jürinin tərkibinə daxil edilib. Beynəlxalq festival bu il may ayının 12-si başlayaraq və 18 maya qədər davam edəcək.
Hər il dünyanın müxtəlif ölkələrində keçirilən məşhur kinofestivallara jüri sədri kimi dəvət olunan dünya şöhrətli kinorejissor Vaqif Mustafayevə bu şərəfli və məsuliyyətli işdə uğurlar arzu edirik.