Modern.az

Sabir Rüstəmxanlı Qarabağ Komitəsinə gəldi - Akif Nağı uzaqlaşdırıldı

Sabir Rüstəmxanlı Qarabağ Komitəsinə gəldi - Akif Nağı uzaqlaşdırıldı

Aktual

6 Mart 2019, 16:49

Bu gün Qarabağ Komitəsinin iclası keçirilib. İclasda Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının komitənin idarə heyətindəki üzvlüyünə xitam verilib. 

Modern.az musavat.com-a istinadən xəbər verir ki, eyni zamanda, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı QK-ya üzv olub.

Deputat Fərəc Quliyevin rəhbəri olduğu Milli Dirçəliş Hərəkatı Partiyasının Qarabağ Departamentinin sədri, partiya sədrinin müavini Şakir Ağayev iclasda iştirak edərək, növbəti toplantıda komitəyə üzv olacağını bəyan edib.

İclas barədə Musavat.com-a QK-nın mətbuat xidmətinin rəhbəri Əvəz Zeynallı məlumat verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı