Modern.az

Müsavat Gənclər Təşkilatının sədri həbsdən azad edildi

Müsavat Gənclər Təşkilatının sədri həbsdən azad edildi

Aktual

6 Mart 2019, 17:39

Müsavat Gənclər Təşkilatının həbsdə olan sədri Əbülfəz Sadıqlıya hökm oxunub.

 

Modern.az xəbər verir ki, hökmə əsasən, Ə. Sadıqlı barəsində seçilmiş həbs qətimkan tədbiri 1 il 6 ay müddətinə polisin nəzarətinə verilmə qətimkan tədbiri ilə əvəz edilib. O, məhkəmə iclas zalından azadlığa buraxılıb.

 

Digər təqsirləndirilən şəxs barəsində də eyni cəza tətbiq edilib.

 

Qeyd edək ki, Ə. Sadıqlı 2018-ci ilin noyabrında həbs edilib. Gənc fəala dələduzluq və saxta sənəd hazırlayıb ondan istifadə etmək ittihamı verilib.

 

İttihama görə, Ə. Sadıqlı yol polisinə "Nikoyl” bankının krediti ilə aldığı "Niva” markalı avtomobilə görə borclu qaldığı 5 min 100 manatın ödənməsi barədə saxta arayış təqdim edərək maşını öz mülkiyyətinə keçirib, daha sonra satıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı