Modern.az

Azərbaycanlı hakim Çempionlar Liqası yarışlarına təyinat aldı

Azərbaycanlı hakim Çempionlar Liqası yarışlarına təyinat aldı

Aktual

6 Mart 2019, 20:42

Azərbaycanlı hakim Eldar Zülfüqarov kişi voleybolçular arasında Çempionlar Liqası yarışlarına təyinat alıb. Modern.az xəbər verir ki, həmyerlimiz turnirin dörddəbir final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Trefl” (Polşa)-“Zenit” (Kazan, Rusiya) görüşünün baş hakimi olacaq. Ona slovakiyalı Blaz Markelj kömək edəcək.

 

“Trefl”-“Zenit” oyunu martın 13-də Polşanın Qdansk şəhərindəki “Hala Ergo Arena”da keçiriləcək. Komandalar arasında cavab görüşü martın 19-da Kazanda təşkil olunacaq.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...