Modern.az

Corabda həbsxanaya “heroin” keçirmək istədi, yaxalandı

Corabda həbsxanaya “heroin” keçirmək istədi, yaxalandı

Aktual

7 Mart 2019, 14:27

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

 

Penitensiar Xidmətdən Modern.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən həbs edilmiş Əhmədov Rəşad İnqilab oğluna Bakı şəhər sakini Aslanov Nazim Sübhan oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan coraba xüsusi üsulla hopdurularaq gizlədilmiş 1,147 qram “heroin” aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...