Modern.az

“Rabitə işi”ndə həbs olunan Beytulla Hüseynov əfv siyahısına düşdü

“Rabitə işi”ndə həbs olunan Beytulla Hüseynov əfv siyahısına düşdü

Aktual

16 Mart 2019, 17:34

Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamında Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq sədri Beytulla Hüseynovun da adı var.

Modern.az xəbər verir ki, sərəncamla B.Hüseynov əfv olunub.

Qeyd edək ki, B.Hüseynov "Rabitə işi" üzrə həbs edilmişdi.

Xatırladaq ki, 2017-ci ilin iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri B.Hüseynov 13 il müddətinə azadlıqdan məhrum olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!