Modern.az

Prezident Əli Kərimlinin qaynını da əfv etdi

Prezident Əli Kərimlinin qaynını da əfv etdi

Aktual

16 Mart 2019, 17:50

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin qaynı Eynur Seyidov da əfv edilib.

Modern.az-ın məlumatına görə, E.Seyidovun adı Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” imzaladığı sərəncamda yer alıb.

Xatırladaq ki, E.Seyidov Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) və digər maddələrlə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Seyidov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı