“Əfv fərmanının icrasına sabah, martın 17-si başlanacaq”.
Modern.az xəbər verir ki, bunu virtualaz.org-a açıqlamasında Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov deyib.
Ə.İnsanovun vəkili Ağaveys Şahverdi isə bildirib ki, müdafiə etdiyi şəxslə dünən görüşüb: “Dünən Əli İnsanovla görüşmüşdüm. O, əfv olunacağını bilmirdi”.
Ağaveys Şahverdi deyib ki, Əli İnsanov artıq tezliklə azadlığa çıxacağını bilir: “Əfv fərmanı dərc edildikdən sonra mən islah müəssisəsinə getdim. Mənə bildirdilər ki, İnsanovun Prezidentin fərmanından xəbəri var”.