Modern.az

Eldar Sabiroğlu oğlunun əfvi barədə: Gözləmirdim

Eldar Sabiroğlu oğlunun əfvi barədə: Gözləmirdim

Aktual

16 Mart 2019, 21:28

“Rüfətin azadlığa qovuşmasını gözləmirdim, lakin bu, baş verdi. Valideyn olaraq sevinc içərisindəyəm”.

Modern.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin sabiq mətbuat xidmətinin rəhbəri, polkovnik Eldar Sabiroğlu “Azadlıq radiosu”na  oğlu Rüfət Səfərovun azadlığa çıxmasına münasibət bildirərkən deyib.

 

E.Sabiroğlu bildirib ki, Prezident xeyirxah bir addım atıb: “Azad olunan bütün məhbuslar üçün sevinc hissi keçirirəm”.

 

Qeyd edək ki, R.Səfərov rüşvət almaqda təqsirləndirilərək 9 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı