Modern.az

“Bu, ən böyüyə xas Böyük Yaxşılıqdır” - Deputat əfv sərəncamını belə dəyərləndirdi

“Bu, ən böyüyə xas Böyük Yaxşılıqdır” - Deputat əfv sərəncamını belə dəyərləndirdi

Aktual

16 Mart 2019, 22:50

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin bugünkü əfv sərəncamı 431 nəfər məhkum olunmuş şəxsin özləri, doğmaları və yaxınları üçün ən böyük bayram hədiyyəsidir deyilə bilər. Amma ömrünün bir hissəsini, bəzi hallarda isə hamısını 4 divar arasında keçirməli olan birinə azadlıq bəxş etməyin qarşılığında hədiyyə sözü çox kiçik qalır. Bu, bir Yaxşılıqdır, azadlığa çıxanlardan da daha çox, onların törətdikləri cinayətdə heç bir rolları olmadğı halda bunun əziyyətini çəkən doğmalarına, yaxınlarına, Azərbaycan adına edilən və ancaq ən böyüyə xas Böyük Yaxşılıqdır”.


Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamla bağlı münasibətini bildirərkən deyib.

“Onu da deyək ki, bu son 16 ildə dövlət başçımızın etdiyi 33-cü belə Yaxşılıqdır ki, ondan da 5 minə yaxın ailəyə pay düşüb. Bundan başqa bu müddət ərzində Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsüylə 4 amnistiya olub. On minlərlə soydaşımız da onda sevinib. Əminəm ki, cənab İlham Əliyev buna onlardan heç də az sevinməyib. Çünki bu onun sözləridir: "Prezident nə vaxt sevinir, Prezident xalqı sevinəndə sevinir"”, - Sahib Alıyev deyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı