Modern.az

Baş nazirin 18 dəqiqəlik səs yazısı yayıldı

Baş nazirin 18 dəqiqəlik səs yazısı yayıldı

Aktual

31 Mart 2019, 00:18

Korrupsiya istintaqında adı hallanan Kanadanın Baş naziri Castin Trudoya aid 18 dəqiqəlik səs yazısı yayımlanıb.

Modern.az Axar.az-a istinadən xəbər verir ki, “SNC-Lavalin” şirkətinin keçmiş rəhbərlərinin keçmiş Liviya lideri Müəmmər Qəzzafi dövründə Liviyada layihə almaq üçün rüşvət verdiyi iddia edilib. Baş nazir Trudonun isə “SNC-Lavalin” şirkətinin fəaliyyətinin araşdırılmasının qarşısını almaq və bunun yerinə pul cəriməsi verilməsini təmin etmək üçün Kanadanın sabiq ədliyyə naziri Codi Vilson-Rayblouda təzyiq göstərdiyi bildirilib.

 

Vilson-Raybloud parlamentə Trudonun və adamlarının telefon danışığı olan 18 dəqiqəlik səs yazısı və başqa sənədlər təqdim edib. Baş nazir isə barəsindəki ittihamları qəbul etməyib.

 

Qeyd edək ki, Kanadanın sabiq ədliyyə naziri Codi Vilson-Raybloud “SNC-Lavalin” istintaqına görə ötən ilin fevralında istefa verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı