Modern.az

Türkiyə bu gün seçki keçirir - 12 partiya mübarizə aparır  

Türkiyə bu gün seçki keçirir - 12 partiya mübarizə aparır   

Aktual

31 Mart 2019, 07:10

Bu gün Türkiyədə növbəti bələdiyyə seçkiləri keçirilir.

Modern.az xəbər verir ki, ölkənin şərq və cənub-şərq bölgələri daxil olmaqla, 31 vilayətdə səsvermə keçiriləcək. Səsvermə yerli vaxtla saat 7-dən 16-dək, bəzi bölgələrdə isə saat 8-dən 17-dək davam edəcək.

57 milyon seçiçi 5 il boyunca fəaliyyət göstərəcək bələdiyyə üzvlərini seçəcək. 


Seçkilərdə 8 min 270 namizəd mübarizə aparır. Onlardan 630-u müstəqil namizədlərdir. Böyükşəhər Bələdiyyəsi sədrliyinə 71 namizədin 24-ü İstanbuldandır.


Türkiyə Ali Seçki Qurumunun məlumatına görə, bugünkü seçkilərdə hakim Ədalət və İnkişaf Partiyası, Müstəqil Türkiyə Partiyası, Büyük Birlik Partiyası, Cümhuriyət Xalq Partiyası, Demokrat Partiyası, Demokratik Sol Partiyası, Xalqların Demokratik Partisiyası, İYİ Partiyas, Milliyətçi Hərəkat Partiyası, Səadət Partiyası, Türkiyə Kommünist Partiyası və Vətən Partiyası qatılacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı