Modern.az

Azərbaycanlı heykəltaraş Ukraynanın xalq artisti oldu - FOTO

Azərbaycanlı heykəltaraş Ukraynanın xalq artisti oldu - FOTO

Aktual

31 Mart 2019, 10:45

İncəsənət Akademiyasının dosenti, həmyerlimiz Katib Səfər oğlu Məmmədov "Ukraynanın Xalq artisti" fəxri adına layiq görülüb.

 

Modern.az xəbər verir ki, bu barədə trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

Qeyd edək ki, azərbaycanlı heykəltaraş Katib Məmmədov Ukraynanın əməkdar rəssamı, Rusiya Rəssamlıq Akademiyasının akademiki, Fəxri incəsənət xadimi, Ukrayna Rəssamlar İttifaqının, "Ukrayna Azərbaycanlılar Konqresi"nin, Moskva Peşəkar Rəssamlar Yaradıcılıq Birliyinin üzvüdür.

 

Soydaşımızın əsərləri dünyanın müxtəlif ölkələrində muzeylərdə, qalereyalarda və şəxsi kolleksiyalarda saxlanılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı