Modern.az

Gömrükçülər əl çantasında narkotik aşkarladılar

Gömrükçülər əl çantasında narkotik aşkarladılar

Aktual

16 Aprel 2019, 16:02

Gömrükçülər narkotik vasitə - marixuana aşkarlayıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Modern.az-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun piyada keçid xəttinə daxil olan Azərbaycan vətəndaşına məxsus əl çantası rentgendən keçirilərkən monitorda şübhəli təsvirlər müşahidə olunub. Bundan sonra gömrükçülər tərəfindən həmin vətəndaşın əl çantasına baxış keçirilib. Baxış zamanı çantadakı pul qabının içərisində gömrük orqanına bəyan olunmayan 2 ədəd bükülüdə 1 qram marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı