Bakıda gənc qız itkin düşüb. Modern.az “Trend”ə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, C.Məmmədquluzadə küçəsi, ev 124-də baş verib.
Həmin ünvanda yaşayan 2000-ci il təvəllüdlü Xanbabayeva Türkan İsmayıl qızı aprelin 13-də evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırmalara başlanıb.