Modern.az

Azərbaycan-Gürcüstan enerji sistemi - işçi qrupun iclası oldu  

Azərbaycan-Gürcüstan enerji sistemi - işçi qrupun iclası oldu  

Aktual

19 Aprel 2019, 13:22

 

Ötən ilin dekabr ayının 18-də “Azərenerji” və “Gürcüstan Dövlət Elektrosistem” səhmdar cəmiyyətlərinin rəhbərləri arasında imzalanan “Azərbaycan-Gürcüstan enerji sisteminin perspektivləri” ilə bağlı memoranduma uyğun olaraq bu gün tərəflər arasında işçi qrupunun ilk iclası keçirilib.  

Modern.az xəbər verir ki, İşçi qrupunun ilk iclasında Azərbaycanla-Gürcüstan arasında mövcud olan və 1958-ci ildə tikildiyindən istismar müddətini başa vuran 330 kV-luq 1 dövrəli Qardabani elektrik hava xəttinin 2 dövrəli formada yenidən qurulması müzakirə edilib.

Eyni zamanda “Azərbaycan-Gürcüstan enerji sisteminin perspektivləri” ilə bağlı saziş layihəsinin digər detalları barədə də fikir mübadiləsi aparılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı