Dekabrın 28-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Çin Xalq Respublikası Silahlı Qüvvələrinin Hərbi, Hərbi Hava və Hərbi dəniz attaşesi baş polkovnik Cyan Çuanı qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüşdə Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud hərbi əlaqələr və əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Modern.az