Modern.az

Azərbaycan ilk dəfə Polşaya alüminium ixrac etdi

Azərbaycan ilk dəfə Polşaya alüminium ixrac etdi

Aktual

23 Aprel 2019, 13:08

23 Mart  2019-cu  il tarixində Sumqayıt Texnologiyalar Parkı  (STP) Polşaya alüminium profil məhsulları yola salıb. Modern.az xəbər verir ki, bu, STP ilə yanaşı, Azərbaycan tarixində Polşaya ilk alüminium profil  məhsulları ixracıdır. Satışla bağlı ilkin danışıqlar 2019-cu  ilin yanvar ayından başlayıb və mart ayının sonlarında  sifarişçi  şirkətə  test məhsullar yola salınıb.  Məhsullar beynəlxalq  standartlara uyğun olduğu və keyfiyyət sınaqlarını keçdiyi üçün  müştəri ilkin olaraq 20 ton məhsul sifariş verib. İxrac  olunan məhsullar standart qəlibli alüminium profillərdən ibarətdir. 

Növbəti aylarda Polşa bazarı üçün ixrac ediləcək alüminium profil məhsullarının həcminin artacağı gözlənilir. Belə ki,  hazırkı müştəri topdansatış şirkətidir və əməkdaşlıq etdiyi şirkətlərə də nümunələr göndərib. Nümunəni əldə etmiş şirkətlər də  Sumqayıt Texnologiyalar Parkının istehsal etdiyi məhsullara ciddi maraq göstəriblər.

İxrac olunan ölkə Polşa olsa da, sifarişçi tərəf Avstriya şirkətidir. Avstriya alüminium profil ticarətində Almaniya və Danimarka ilə yanaşı, Avropanın lider  ölkələrindəndir.  Digər Avropa ölkələri alüminium profil məhsullarını  bu  ölkələrin vasitəsilə əldə edirlər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı