Modern.az

Goranboyda  tədbir - “Məzhəbçilik – dini təhlükəsizliyə təhdid kimi”  

Goranboyda  tədbir - “Məzhəbçilik – dini təhlükəsizliyə təhdid kimi”  

Aktual

23 Aprel 2019, 16:44

 

Bu gün Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və rayon İcra Hakimiyyətinin təşkilatçılığı “Məzhəbçilik – dini təhlükəsizliyə təhdid kimi” mövzusunda seminar-müşavirə  keçirilib

 

Seminar – müşavirədə Gəncə, Goranboy, Naftalan, Samux, Daşkəsən, Göygöl, Kəlbəcər, Xocalı rayon İcra Hakimiyyətləri, Daxili İşlər və Ədliyyə Nazirlikələri, Respublika Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin yerli strukturlarının rəhbərləri, Din xadimləri iştirak edib.

 

Modern.az xəbər verir ki, seminar – muşavirədə  giriş sözü ilə Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxış edərək ökləmizdə tolerant dövlət -  din münasibətlərinin əsasının xalqın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulduğu və bu gün də həmin siyasi strategiyanın cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etdi. Həmçinin 2016-cı ililn dövlət başçısı tərəfindən “Multikulturalizm ili” elan edilməsini ölkədə tolerant mühitin qorunub inkişaf etdirilməsi istiqamətində aparılan dövlət siyasətinin bir nümunəsi kimi qeyd etdi.

Daha sonra Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, Multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı Pənah Cahangirov, Baş Prokurorluğun nümayəndəsi Rauf Məmmədov, Daxili İşlər Nazirliyinin nümayəndəsi Oktay Tağıyev, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Anar Orucov çıxış edərək bildidilər ki, Azərbaycanda bu gün mövcüd olan tolerant dəyərlər mühitini gözü götürməyən qara qüvvələr din amilindən istifadə edərək dini təhlükəsizliyə təhdid göstərməyə cəhd edirlər.

Belə halların qarşısını almaq üçün gənclər arasında, xüsusən də ümumtəhsil məktəblərində maarifləndirici silsilə tədbirlər keçirilməli, komitənin sifarşi ilə hazırlanmış filmlər göstərilməlidir. Bir sözlə ölkəmizdə dini radikalizmə meyyyillik cəhdlərinə birdəfəlik son qoyulmalıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı