Modern.az

Nazir Ziya Məmmədovun oğluna təzə vəzifə verildi

Nazir Ziya Məmmədovun oğluna təzə vəzifə verildi

Aktual

28 Dekabr 2011, 22:03

Azərbaycanda Qolf federasiyasına prezident təyin olundu. Bu barəıdə Modern.az saytına Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qolf idman növü 2016-cı ildə Rio de Janeyro şəhərində  keçiriləcək olimpiya oyunların siyahısına salınıb.

Bu idman növünün Azərbaycanda da inkişaf etdirilməsi işlərinə başlanılıb. Bununla əlaqədar olaraq bu gün baş tutan “Zqan Holdinq” şirkətinin prezidenti, Anar Məmmədov ölkəmizdə Qolf federasiyasına prezident təyin olunub.

Qeyd edək ki, Anar Məmmədov qolf idman növünə çox böyük həvəs göstərir. 

Anar Məmmədov Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun oğludur.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə