Modern.az

Tramp OPEC-dən nefti ucuzlaşdırmağı tələb edir

Tramp OPEC-dən nefti ucuzlaşdırmağı tələb edir

Aktual

26 Aprel 2019, 20:51

“OPEC-ə neft qiymətini aşağı salmaları üçün müraciət etdim”. Modern.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

“Neftin qiyməti aşağı düşəcək. OPEC-ə müraciət etdim və neftin qiymətini aşağı salmalarının vacibliyini söylədim”, - deyə D.Tramp bildirib.

ABŞ Prezidentinin bu açıqlamasından sonra neftin qiyməti təxminən 2,5 faiz ucuzlaşıb. Hazırda “Brent” markalı xam neftin bir bareli Londonun ICE birjasında 71,83 dollara, “Light” neftinin bir bareli isə Nyu-Yorkun NYMEX birjasında 62,91 dollara alıcı axtarır.

 Qeyd edək ki, günün əvvəlində “Brent” neftinin qiyməti 75 dollar/barel, “Light”ın qiyməti isə 65 dollar/barel idi.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı