Modern.az

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

Aktual

26 Aprel 2019, 22:47

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 25-də 77,23 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,52 dollar/barel çoxdur.

Modern.az xəbər verir ki,  bu barədə ”Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 76,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,56 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 74,07 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 0,74 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən ”Brent Dated” etalon növlü neftin qiyməti 74,31 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 0,57 dollar/barel çoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı