Modern.az

Su anbarında batan şəxsin meyiti tapıldı

Su anbarında batan şəxsin meyiti tapıldı

Aktual

27 Aprel 2019, 10:52

Tovuzda 1 nəfər su anbarına düşüb.

 

Modern.az-a FHN-dən verilən məlumata görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin ”112” qaynar telefon xəttinə məlumat daxil olub. Belə ki, Tovuz rayonunun Vahidli kəndində Tovuzçay su anbarına düşdüyü ehtimal olunan 1950-ci il təvəllüdlü Dilənov Vidadi Allahverdi oğlunun axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

 

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu V.Dilənovun meyitini sudan çıxarıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...