Modern.az

Deputatlar: “Mehriban Əliyevanın köçkünlərlə görüşü tarixə yazılacaq”  

Deputatlar: “Mehriban Əliyevanın köçkünlərlə görüşü tarixə yazılacaq”  

Aktual

27 Aprel 2019, 13:05

Aprelin 26-da Birinci vitse-prezident Mehriban Əliyeva Nəsimi rayonunda Tibb Universitetinin 4 saylı yataqxanasında və Qaradağ rayonunda salınan “Qobu Park” yaşayış kompleksində məskunlaşan məcburi köçkünlərlə görüşüb.

 

Mehriban Əliyevanın köçkünlərlə bu görüşü ölkə ictimaiyyətində geniş müzakirə olunur və birmənalı olaraq yüksək dəyərləndirilir.

 

Milli Məclisinin deputatı Elman Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, Mehriban Əliyeva məcburi köçkünərlə daim görüşüb, hətta Vitse-prezdent olmadığı zamanlarda da. Mehriban Əliyeva Heydər Əliyev Fondunun prezdenti kimi daim məcbur köçkünlərin yanında olmuş, öz diqqət və qayğılarını onlardan əsirgəməmişdir. Birinci xanım həmişə məcburi köçkünlərin övladlarının sağlamlığı,müalicəsi, təhsili ilə maraqlanmışdır. Xanım Mehriban Əliyeva məcburi köçkünlərin problemlərini öz doğma problemi kimi bilmiş və daim diqqət mərkəzində tutmuşdur. Əgər yadınızdadırsa, Mehriban Əliyeva Birinci vitse-prezdent təyin olunduğu ilk gün hökümət üzvləri ilə keçirdiyi tədbirdə birinci olaraq məcburi kökünlərin problemlərini göz önünə gətirmişdir. Çox qısa zamanda məcburi köçkünlər yeni mənzillərlə təmin olundu və digər problemləri həll olundu. Bir Azərbaycan vətəndaşı, millət vəkili və məcburi köçkün kimi deyirəm ki, Mehriban xanımın bu diqqəti təqdirəlayiqdir və alqışlanmalıdır”.

 

Millət vəkili Aqil Abbasın sözlərinə görə Mehriban xanımın məcburi köçkünlərlə görüşünün əsas məqsədi onların problemlərini öyrənmək və nəzərə almaq idi. O, qeyd edirb ki, Mehriban xanımın məcburi köçkünlərlə görüşü olduqca səmimi görüş oldu. Onu da qeyd edim ki,möhtərəm prezdentimiz İlham Əliyev və Mehriban xanım məcburi köçkünlərlə görüşdüyü zaman onların Qarabağın alınacağına dair inamları artır. Mən bu cür görüşləri çox yüksək qiymətləndirirəm. Birinci Vitse-Prezident məcburi köçkünlərlə o qədər səmimi görüş keçirdi ki, hesab edirəm, bu, tarixə yazılacaq bir görüş oldu” deyə Aqil Abbas öz fikirlərini bildirib.

Nuranə DAXİLQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı