Modern.az

İcra başçısı mərkəzi bazarın yeniden qurulması ilə bağlı göstəriş verdi - FOTO

İcra başçısı mərkəzi bazarın yeniden qurulması ilə bağlı göstəriş verdi - FOTO

Aktual

27 Aprel 2019, 17:22

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun Heydər Əliyev prospekti və V.Bayramov küçələrində aparılan abadlıq quruculuq işləri ilə tanış olub.

 

RİH-dən Modern.az-a verilən məlumata görə, icra başçısı Məhərrəm Quliyev aprelin 27-də Goranboy şəhərinin Heydər Əliyev prospekti və V.Bayramov küçələrində aparılan abadlıq işlərinə baxış keçirib, aidiyyəti idarə müəssisə və təşkilatlara öz tapşırıq və tövsiyələrini verdi. Həmin ərazidə yerləşən sahibkarlıq obyektlərində olub, onlarla fikir mübadiləsi aparıb.

 

Daha sonra M.Quliyev Goranboy şəhərinin mərkəzi bazarında olub.

 

İcra başçısı orada alıcılar və satıcılarla görüşüb.

 

M.Quliyev bazarın yeniden qurulması, orada daha əlverişli şəraitin yaradılması üçün tövsiyyə və tapşırıqlarını verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı