Modern.az

“Odlar Yurdu” ansamblı növbəti dəfə Rusiya birincisi oldu

“Odlar Yurdu” ansamblı növbəti dəfə Rusiya birincisi oldu

Aktual

29 Aprel 2019, 15:43

Rusiya Mədəniyyət Təşəbbüsləri Mərkəzində "Xalq rəqsləri üzrə Rusiya Çempionatı: Sibir Federal Region Kuboku" xoreoqrafik qrupunun illik müsabiqəsi keçirilib.

Milli rəqs çempionatı Rusiyada 2015-ci ildən etibarən səkkiz federal regionda keçirilir. 2016-cı ildən müsabiqənin münsiflər heyətinə SSRİ Xalq artisti, "Berezka" Dövlət Akademik Xoreoqrafiya Ansamblının bədii rəhbəri və baş xoreoqrafı Mira Mixailovna Koltsova, eləcə də Rusiya Federasiyasının bir neçə əməkdar artisti üzv olub.

Sibir Regin Kuboku iki hissəyə bölünür. Birincisi, "Milli stil tərzi" nominasiyası, ikincisi isə "Xalq rəqsi" nominasiyasıdır. Yarışda fərqli şəhərlərdən- İrkutsk, Novosibirsk, Tomsk, Tıva və Krasnoyarskdan əməkdar, xalq və nümunəvi qruplar iştirak edib. Krasnoyarsk şəhərində fəaliyyət göstərən "Odlar Yurdu" Azərbaycan xalq mahnı və rəqs ansamblı yarışımada "Yallı-Zorxana" və "Odlar Yurdu" rəqslərini nümayiş etdirib. Hər bir rəqs üçün ansambl maksimum xal qazanaraq "Xalq rəqsi" nominasiyasında 1-ci dərəcə laureatı adına layiq görülüb.
Bundan əlavə, ansambl "Xalq Rəqslərinin qorunması" xüsusi mükafatına layiq görülüb. Bununla da “Odlar Yurdu” önümüzdəki il Moskvada keçiriləcək "Xalq rəqslərində Rusiya Çempionatı"nda Rusiyanın ən güclü rəqs kollektivləri ilə qarşılaşacaq.

Xatırladaq ki, "Odlar Yurdu" Azərbaycan xalq mahnı və rəqs ansamblı 2007-ci ildə Səadət Qarayeva və Ələkbər Qarayevin təşəbbüsləri ilə Krasnoyarskda yaradılıb. Ansamblın direktoru Səadət Qarayeva, bədii rəhbəri Aqil Cəfərov, baletmeysteri isə Rauf Zeynalovdur. Ansambıl bir neçə dəfə beynəlxalq və bir çox Rusiya festivallarının qalibi olub.


Elnur Eltürk

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı