Modern.az

Heydər Əliyev Fondu mayın 10-dək bölgələrdə konsertlər təşkil edəcək

Heydər Əliyev Fondu mayın 10-dək bölgələrdə konsertlər təşkil edəcək

Aktual

29 Aprel 2019, 16:35

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə bir sıra bölgələrdə konsertlər təşkil olunacaq.

Modern.az xəbər verir ki, tədbirlərə mayın 2-də Ağdam rayonundan start veriləcək. Konsert proqramında tanınmış incəsənət xadimlərinin ifasında milli musiqi və muğam nümunələri təqdim ediləcək.

Mayın 3-də Şəkidə, mayın 4-də Gəncədə, mayın 5-də Xaçmazda, mayın 6-da Şamaxıda, mayın 7-də isə Lənkəran və Naxçıvanda konsertlər keçiriləcək. 

Konsertlərdə muğam, folklor, aşıq, estrada və pop musiqi nümunələri, müxtəlif rəqslər təqdim olunacaq.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...