Modern.az

Piyadanı vurub qaçan sürücü tutuldu  

Piyadanı vurub qaçan sürücü tutuldu  

Aktual

2 May 2019, 10:50

Mayın 1-də saat 22 radələrində Tərtər rayonunun Poladlı kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən kənd sakini Məhər Hüseynov vurulub və nəticədə hadisə yerində ölüb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “NAZ Lifan” markalı avtomobillə törədildiyi müəyyən edilib.

 

Piyadanın ölümü ilə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Mamırlı kənd sakini Hüseyn Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Tərtər RPŞ-də araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi