Modern.az

Messi 600-cü qolunu vurub

Messi 600-cü qolunu vurub

Aktual

2 May 2019, 11:35

“Barselona”nın forvardı Lionel Messi “Çempionlar Liqası”nın yarımfinal mərhələsinin “Liverpool”a qarşı keçirilən ilk oyununda dubl etməklə, komandada 600-cü qolunu vurub.

Modern.az xəbər verir ki, Katoloniya klubunun kapitanı oyunda ilk qolunu 75-ci dəqiqədə vurub. Onun qarşılaşmadakı ikinci qolu 82-ci dəqiqəyə təsadüf edib. Messi bu dəfə cərimə zərbəsindən rəqib qapısına möhtəşəm qol vurub.

Qeyd edək ki, Messi “Barselona”nın heyətində ümumilikdə 683 matç keçirib.

Novruz  NOVRUZLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı