Modern.az

Polis Bakıda 11 avtomobili əzən “Land Cruiser”in sürücüsünü saxladı

Polis Bakıda 11 avtomobili əzən “Land Cruiser”in sürücüsünü saxladı

Aktual

2 May 2019, 11:41

Bakının Binəqədi rayonu ərazisində 11 avtomobili əzən “Land Cruiser” markalı avtomobilin sürücüsü müəyyən edilib.

 

Modern.az-ın məlumatına görə, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən sürücü saxlanılıb.

Hazırda hadisənin hansı şəraitdə törədilməsi ilə bağlı araşdırma aparılır.

 

Xatırladaq ki, Bakının Binəqədi rayonu, 6-cı mikrorayon, Cavadxan küçəsində “Land Cruiser” markalı avtomobil avtomobil parklanma yerində yüksək sürətlə hərəkət edərək 11 avtomobilə ziyan vurub.

Virtualaz.org-un məlumatına görə, hadisə Bakının Binəqədi rayonu, 6-cı mikrorayon, Mirmahmud Kazımovski küçəsi 54,56  ünvanında yerləşən binanın həyətində baş verib. Sərxoş şəxs  “Land Cruiser” markalı maşınla həyətdə dayanmış 11 avtomobili əzib.

Həmin avtomobillə birlikdə park edilmiş vəziyyətdə olan cəmi 12 avtomobili xurd-xəşil edən şəxsin sərxoş və ya narkotik maddələrin təsiri altında olduğu bildirilir.

Hadisə şahidlərinin sözlərinə görə, bu  şəxs həmin binadakı mənzillərdən birind kirayədə qalırmış və qonşulardan heç kim onu tanımır. Sükanı arxasına keçib həyətdəki maşınları vurduğu  “Land Cruiser” isə qonşuluqda yaşayan Rafiq adlı şəxsə məxsusdur.

“Rafiq özü Türkiyədə olduğundan avtomobilinin açarını qapı qonşusu İslama verib. Tapşırıb ki, hərdən xoda salsın, akkumulyatoru dayanmasın. Dünən də qonşu maşını xoda salmaq üçün həyətə düşübmüş. Bu vaxt həmin adını bilmədiyimiz, binamızda kirayədə qalan şəxs yaxınlaşıb, kömək təklif edib. Qonşu da cip sürə bilmədiyini deyərək razılaşıb, açarı ona verib. Lakin sürücünün sərxoş olduğunu hiss etməyib”, - deyə qonşulardan biri bildirir.

Qonşuluqda yaşayanlar deyirlər ki, hadisə nəticəsində ən az zədələnən avtomobilə 1500-2000 manat ziyan dəyib. Əzilən avtomobillərin əksəriyyəti təzə maşınlar olub. Aralarında son model “Land Cruiser”, “X-Trail”, “Passat”, “Range Rover”, “Mercedes”, “Niva” və s. var.

O, idarə etdiyi maşını cərgənin sonunda dayanmış “Land Cruiser”ə çırparaq saxlayıb. Hadisə şahidlərinin sözlərinə görə, əgər həmin avtomobilə dəyib dayanmasaydı, hadisənin daha böyük faciəyə çevrilmək qorxusu var idi: “Yaxşı ki, həmin gün həyətdə uşaqlar az olub. Olanlar da uşaqlar üçün ayrılmış qumluq hissədə oynayıblar. Əgər ortalıqda oynayan azyaşlı uşaqlar olsaydı, onlar qaçıb canlarını qurtara bilməyəcəkdilər”.

Sakinlər bildirirlər ki, ilkin hesablamaya görə, binanın həyətində olan avtomobillərə cəmi 60-70 min manat arası ziyan dəyib.

Hadisə yerinə polis əməkdaşları gəliblər. Hadisəni törədən şəxs (kimliyini dəqiqləşdirə bilməmişik) polis bölməsinə aparılıb və ifadəsi alınıb. Amma sakinlərə dəyən ziyanın kim tərəfindən ödəniləcəyi məlum deyil.

Bina sakinlərindən biri hadisəni mobil telefonla çəkməyə imkan tapıb. Kadrlardan görünür ki, “Land Cruiser”in sükanı arxasında olan şəxs avtomobili tamamilə qeyri-adekvat idarə edir, sanki bilərəkdən park vəziyyətində olan avtomobilləri əzir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı