Modern.az

Azərbaycana turist cəlb etmək üçün  ÇAĞIRIŞ

Azərbaycana turist cəlb etmək üçün  ÇAĞIRIŞ

Aktual

2 May 2019, 14:46

 “Keçən illə müqayisədə 2019-cu ildə turistlərin Azərbaycana gəlişi hələ ki ürək açan deyil.Nəzərə alsaq ki, Formula 1 və digər idman yarışlarıyla əlqədar hələ Azərbaycana xeyli turist gəlir”.

Bu barədə  Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov Modern.az-a açıqlamasında bildirib.

 

Müzəffər Ağakərimovun sözlərinə görə, turistlər mədəniyyət tədbirləri və idman yarışları ilə əlaqədar gəlir.

 

O qeyd edib:

“Turizm qurumları özləri də daha çox turist gətirməlidirlər. Azərbaycanda yeni turizm növləri tətbiq etməlidirlər. Azərbaycana turistlərin gəlişini gücləndirmək üçün ilk olaraq paketlərin qiymətini ucuzlaşdırmaq lazımdır. Bunun da əsasında biletlər durur. Əlbəttə ki, may,iyun aylarında turist axınının şahidi olacağıq”.

 

Müzəffər Ağakərimov bildirib ki, yeni otelələrin inşası günün vacib tələbidir.

 

“Ən çox da ucuz otellərin inşası çox vacib məsələdir. Əgər hazırki vaziyyət davam edərsə, təbii ki, turizmdə digər qonşu dövlətlər bizi üstələyəcək. Ən çox da Gürcüstan”.

 

Nuranə DAXİLQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı