Modern.az

Goranboyun başçısı yeni yaşayış binasının tikintisi ilə tanış oldu

Goranboyun başçısı yeni yaşayış binasının tikintisi ilə tanış oldu

Aktual

2 May 2019, 15:03

 

Respublikanın hər yerində olduğu kimi Goranboy rayonunda vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində də məqsədyönlü işlər görülür.

 

Modern.az xəbər verir ki, bu baxımdan Prezident İlham Əliyev Goranboy rayonuna 5 iyun 2018-ci il səfəri sonrası  əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Goranboy şəhərində qəzalı vəziyyətdə olan çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 40 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Goranboy Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.

 

Artıq həmin 40 mənzilli yaşayış binasının təməli qoyulub, tikinti işlərinə başlanılıb. İstifadəyə veriləcək bu bina 40 ailələnin mənzil-məişət şəraitini yaxşılaşdıralıcaq.  Goranboy rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev tikinti işləri ilə tanış olmaq üçün 2 may 2019-cu il tarixdə yaşayış binasının tikinti işlərinin aparılması vəziyyəti ilə tanış olub, müvafiq tövsiyələrini verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı