Modern.az

Mətbuat Şurası Ümumdünya Mətbuat Azadlığı Gününü qeyd edəcək

Mətbuat Şurası Ümumdünya Mətbuat Azadlığı Gününü qeyd edəcək

Aktual

2 May 2019, 16:11

Sabah – 3 may 2019-cu il tarixdə Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə 3 may Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş “Mətbuat azadlığı: bəşəri mahiyyət və Azərbaycan reallıqları” mövzusunda konfrans keçiriləcək.

 

Modern.az xəbər verir ki, tədbir saat 10.00-da Beynəlxalq Mətbuat Mərkəzində işinə başlayacaq.

 

Toplantıda Azərbaycanda və dünyada söz və ifadə azadlığı sahəsindəki vəziyyət, bu müstəvidə nəzərəçarpan meyllər müzakirə olunacaq, 3 may Ümumdünya Mətbuat Azadlığı Gününün qeyd edilməsini zəruriləşdirən məqamlar barədə söhbət açılacaq.

Konfransda kütləvi informasiya vasitələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri və dövlət rəsmiləri iştirak edəcəklər.

 

Bütün KİV təmsilçiləri konfransa dəvətlidirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı