Modern.az

İlham Əliyev İmperatoru təbrik etdi

İlham Əliyev İmperatoru təbrik etdi

Aktual

2 May 2019, 17:53

Prezident İlham Əliyev Yaponiyanın İmperatoru Naruhitoya təbrik məktubu göndərib.

Modern.az-ın məlumatına görə, təbrikdə deyilir: "Əlahəzrət, Yaponiyanın 126-cı İmperatoru olaraq Taxta çıxmağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Yaponiya arasındakı ikitərəfli münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, ölkələrimizi birləşdirən dostluq əlaqələri, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı