Bildiyimiz kimi cənab Prezidentin siyasətinin mərkəzində vətəndaş amili dayanır. Vətəndaş amilinin önə çəkilməsi siyasəti isə Goranboy rayonunda uğurla icra olunur.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev hər həftə rayonun müxtəlif kəndlərin əhalisi ilə görüşür, onların problemlərini yerində öyrənir.Keçirilmiş qəbullarda əhalinin qaldırdığı məsələlərin operativ şəkildə həll olunması istiqamətində hər zaman sakinlərin qayğı və problemləri ilə maraqlanan rayon İcra Hakimiyyəti başçısı qrafikə uyğun olaraq, 02 may 2019-cu il tarixdə rayonun Veyisli kəndində səyyar görüş keçirdi. Qəbulda rayon icra hakimiyyəti başçısı tərəfindən 15 nəfər vətəndaş qəbul olunaraq dinlənilib.
Veyisli sakinləri icra başçısından kəntdə elektrik dirəklərinin yenilənməsi, su probleminin aradan qaldırılmasını sosial yardımla bağlı köməklik göstərilməsini xahiş ediblər.
İcra baççısı tərəfindən dinlənilmiş müraciətlərin bir qismi yerində həllini tapmış, digər müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülmüş və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verilmişdir.