Modern.az

Bakıda 16 yaşlı məktəbli küçədə bıçaqlandı

Bakıda 16 yaşlı məktəbli küçədə bıçaqlandı

Aktual

2 May 2019, 21:12

Bakıda orta məktəb şagirdi bıçaqlanıb.

 

Modern.az “Trend”ə istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunun Zığ qəsəbəsində baş verib.

 

Qəsəbə sakini, 2003-cü il təvəllüdlü Süleymanov Rəhim İlham oğlu mayın 1-də qəsəbə ərazisindəki "Oba" marketin qarşısında naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

 

Bıçaqlanan azyaşlının vəziyyəti ağır olduğundan onun dindirilməsi mümkün olmayıb.

 

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

 

Hadisənin kim tərəfindən və hansı şəraitdə bıçaqlanması ilə bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!