Modern.az

Şirvan sakini yüksək dozada narkotikdən ölüb

Şirvan sakini yüksək dozada narkotikdən ölüb

Aktual

3 May 2019, 00:31

Şirvanda 44 yaşlı kişi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qəbul etməsi nəticəsində ölüb.

 

Modern.az  ONA-ya istinadən xəbər verir ki, hadisə saat 23:30 radələrində Şirvan şəhəri, Naxçıvan küçəsində baş verib.

 

Şirvan sakini, 1975-ci il təvəllüdlü Yaqubov Rahim Mürvət oğlu narkotik vasitəni artıq dozada istifadə edərək komatoz vəziyyətə düşüb. Halı pisləşən R.Yaqubov Şirvan şəhər Xəstəxanasına gətirilərkən yolda dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz