Modern.az

Mətbuat Şurası Milli Məclisə onlayn media ilə bağlı layihə təqdim edəcək

Mətbuat Şurası Milli Məclisə onlayn media ilə bağlı layihə təqdim edəcək

Aktual

3 May 2019, 11:16

Azərbaycan Mətbuat Şurası Milli Məclisə onlayn media ilə bağlı təkliflər layihəsi təqdim edəcək.

 

Modern.az-ın məlumatına görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

 

O, hazırda həmin təkliflərin hazırlandığını söyləyib:

 

"Təkliflər paketində onlayn media ilə bağlı bir sıra zəruri məsələlər öz həllini tapacaq. Bildiyimiz kimi, onlayn media jurnalistikanın tərkib hissəsidir. Həmin təkliflərə əsasən, KİV-ə şamil olunan prinsiplər onlayn mediaya da aid ediləcək. Həmçinin həmin təkliflərdə onlayn medianın spesifik xüsusiyyətləri öz əksini tapacaq”.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı