Modern.az

Poroşenkodan Zelenskiyə mesaj

Poroşenkodan Zelenskiyə mesaj

Aktual

11 May 2019, 17:26

Ukraynanın hazırkı siyasi administrasiyası yeni prezident Vladimir Zelenskinin acgöz turist bənzətməsinə cavab verib.

 

Virtualaz.org-un yerli KİV-ə istinadən məlumatına görə, yayımlanan bəyanatda bildirilir ki, andiçmə mərasiminə kimi Poroşenko dövlətin rəhbəri sayılır, ölkədəki situasiyaya görə məsuliyyət daşıyır və öz vəzifəsini Konstitusiyanın ruhuna, maddələrinə uyğun icra edir.

“Ukrayna hörmətli Zelenskinin düşündüyü kimi Misir otelinin nömrəsi deyil”, – deyə bəyanatda bildirilib.

 

Eyni zamanda vurğulanıb ki, prezident parlamentin müəyyən etdiyi istənilən andiçmə tarixi ilə razılaşacaq.

Xatırladaq ki, bundan öncə Zelenski sələfini Misir otelindəki turistə bənzədib.

“Dəsmalları, çəkmələri daşıyır, İsveç stolundan hər şeyi götürür”, – yeni prezident demişdi.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı