Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev mayın 11-də Heydər Əliyev Mərkəzində Goranboyun inkişafında və yüksəlişində xidmətləri olan iş adamları ilə görüş keçirdi.
Görüşü açan rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilən işlərdən danışdı və sahibkarların fəaliyyətinə daimi diqqət və qayğı göstərilməsinin vacibliyini qeyd etdi. Bu səbəbdən də sahibkarlarla görüşməyi, təklif və arzularını dinləməyi məqsədəuyğun hesab etdiyini vurğuladı. Bildirdi ki, birgə fəaliyyətlə rayonumuzun inkişafında daha böyük uğurlara nail olmaq olar. Görüşdə çıxış edənlər sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ölkədə, o cümlədən Goranboyda münbit şəraitin olduğunu dilə gətirdilər. Rayon İcra Hakimiyyətini başçısı cənab Məhərrəm Quliyev təqdim ediləcək hər bir layihənin reallaşdırılmasına dəstək göstəriləcəyini qeyd etdi.
Görüşə yekun vuran rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev bildirdi ki, Goranboyun sənaye, kənd təsərrüfatı və turizm mərkəzi kimi inkişaf etməsi üçün ölkə rəhbəri cənab İlham Əliyev hər cür dəstək göstərəcəkdir. Odur ki, qanun çərçivəsində fəaliyyəti artırmaq üçün sahibkarlara bundan sonra da hər cür yardım göstəriləcək. Bunun üçün sahibkarların hər hansı bir təklifi arzu və istəyi olarsa, rayon icra Hakimiyyətinə müraciət etməsi tövsiyyə olundu. Biz Goranboyumuzu ölkənin ən inkişaf etmiş rayonları sırasında görmək üçün abadlıq, tikinti və quruculuq işlərini daha geniş miqyasda aparmalıyıq. Sahibkarlığın inkişafı həmi yeni iş yerlərinin açılması, həm də rayonumuzun inkişafı deməkdir.