Modern.az

Mahir Mədətov çempionatın bombardiri oldu

Mahir Mədətov çempionatın bombardiri oldu

Aktual

11 May 2019, 20:33

Azərbaycan Premyer Liqasında 2018-2019 mövsümünün ən sərrast futbolçusu müəyyənləşib.

Modern.az-ın məlumatına görə, başa çatan çempionatın bombardiri "Qarabağ"ın hücumçusu Mahir Mədətov olub. Son tura qədər "Neftçi"dən Baqali Dabo ilə zirvəni bölüşdürən futbolçu bugünkü oyunda "ağ-qaralar"ın qapısına 2 dəfə yol tapmaqla, qollarının sayını 16-ya çatdırıb və 14 qolu olan fransalı hücumçunu qabaqlayıb.

 

"Qəbələ"nin yarımmüdafiəçisi Ceyms Adeniyi isə 10 qolla bombardirlərin yarışında üçüncü olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı