Modern.az

Kürdəmidə ağır qəza: sürücü öldü

Kürdəmidə ağır qəza: sürücü öldü

Aktual

11 May 2019, 23:48

Kürdəmir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

 

Modern.az  "Report"a istinadən xəbər verir ki, hadisə Ağsu-Kurdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Mollakənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

"Mercedes" və "Jiquli" markalı minik avtomobillərinin toqquşması nəticəsində ikinci maşının sürücüsü, 1986-cı il təvəllüdlü İmişli rayon Telişli kənd sakini Ağayev Emil Aldost oğlu hadisə yerində dünyasını dəyişib.

 

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı