Modern.az

Yol qəzasında 14 nəfər öldü

Yol qəzasında 14 nəfər öldü

Aktual

12 May 2019, 00:24

Hindistanda avtobusun cip markalı avtomobillə toqquşması nəticəsində azı 14 nəfər həlak olub.

 

Modern.az xarici mediaya istinadən  xəbər verir ki, yol-nəqliyyat hadisəsi Andhra-Pradeş ştatının Karnul dairəsində baş verib. Hadisə zamanı yaralanan daha 6 nəfər xəstəxanaya çatdırılıb.

 

İlkin məlumata görə, cip qarşı zolağa çıxıb və yüksək sürətlə hərəkət edən avtobusla toqquşub. Polis həlak olanların sayının arta biləcəyini istisna etmir.

 

Hadisənin səbəbləri araşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı